Siyəzəndə silahlı insident

17 May 2010 15:49
Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə mayın 14-də baş verib. Xaçmaz rayon sakini Lazım Muradov 3 nəfər şəxslə birgə Siyəzən rayonunun Zərgərli kəndi ərazisindəki otlaq sahəsinə gəlib, rayon sakini Nahid Həsənovu döyüb və ona məxsus qoyunları aparmağa cəhd göstərib.
Bu zaman N.Həsənov ov tüfəngindən açdığı atəşlə L.Muradova xəsarət yetirib.

Siyəzən rayon Polis Şöbəsi əməkdaşları tərəfindən N.Həsənovdan 1 ədəd ov tüfəngi götürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az