Qəbələdə 2 avtomobil toqquşub, sürücülər ölüb

15 İyul 2023 09:12

Qəbələdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüləri 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev aldıqları ağır bədən xəsarətləri nəticəsində hadisə yerində keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az