İranda hicaba əməl etməyənlərin həbs olunması təklif edildi - FOTO

15 İyul 2023 17:51

İran parlamentinin Hüquqi və Məhkəmə Komissiyasının sədr müavini Həsən Novruzi Dövlət Radio-televiziya Təşkilatının canlı efirində hicaba riayət etməyənlər barədə həbs cəzası təklif edib.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

"Radio-televiziya Təşkilatında şıltaq hicablılar olmamalıdırlar. Hicaba riayət etməyənlərə qarşı 10 gündən 2 ayadək həbs cəzası qanunu tətbiq edilməlidir", - deyə o qeyd edib. 

Qeyd edək ki, İran cəmiyyətində "Qadın, Həyat, Azadlıq" etiraz şüarları ilə məcburi hicab qanunlarına riayət edilməməsi molla hökuməti üçün böyük problemə çevrilib.


Milli.Az