Nəzarətsiz qalan uşağın başına gələn BƏDBƏXT HADİSƏ - Meyvə bıçağı gözünə... - FOTO

14 İyul 2023 20:02

Əlindəki meyvə bıçağı ilə yerə yıxıldı, gözünə batdı.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Türkiyədə yaşayan Suriyya əsilli ailədə baş verib. Bursada evdə oynayarkən yerə yıxılan 4 yaşlı Mustafa Əl Əlinin gözünə meyvə bıçağı batıb.

Oğlunu yerdə qanlar içində görən ata uşağın gözünə tampon qoyaraq xəstəxanaya aparıb. İlkin müdaxilədən sonra azyaşlının görmə qabiliyyətini itirdiyi müəyyən edilib. 

Milli.Az