Məşhur reperin 20 milyon dollarlıq saatı - FOTO

14 İyul 2023 19:46

Amerikalı reper Rik Ross 20 milyon dollarlıq saatını nümayiş etdirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, ləl-cəvahirətə olan böyük ehtirası ilə tanınan reper Jacob & Co brendinin onun üçün xüsusi hazırladığı saatı ilə lovğalanıb. Reper bildirib ki, saat 3 il ərzində hazırlanıb.

Onun üzərinə 216,89 karat ağırlığında 425 brilliant bərkidilib. Saatın üzərinə dünyanın ən nadir tapılan bahalı daşlarından biri - savorit də bərkidilib.

Milli.Az