Model Karli Klossun ikinci övladı olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə modelin həyat yoldaşı, milyarder Coşua Kuşner sosial media hesabında paylaşım edib. O, körpənin cinsini və adını açıqlamayıb.
Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Karli və Kuşnerin Levi adlı bir övladı da var. Kuşner İvanka Trampın həyat yoldaşı Kared Kuşnerin qardaşıdır.
Milli.Az