Ermənistan bizə xəyanət edir - İranlı ekspert

14 İyul 2023 20:16

Ermənistan Təhlükəsizlik Şurası katibinin ABŞ səfəri hazırkı vəziyyətdə İrəvanın xeyrinə deyil.

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu iranlı ekspert Ehsan Movahedian deyib.

"Ermənistan Təhlükəsizlik Şurasının katibi 10 gündür ABŞ-dadır. Orada bir neçə rəsmi şəxslə də görüşüb. ABŞ-ın Qarabağın Azərbaycana verilməsi, Zəngəzur dəhlizinin açılması, Rusiya və İranın Cənubi Qafqazdan sıxışdırılmasına çalışdığı bir vaxtda bu səfər heç də dostluq məqsədi daşımır. Bu, Ermənistan üçün təhlükəlidir", - o bildirib.

Milli.Az