Yaşıl çayla səpkilərdən qurtulun

16 İyul 2023 13:40

Yaşıl çayla üzünüzdəki səpkilər və qara nöqtələrdən xilas ola bilərsiniz. Orqanizm üçün faydalı olan bu möcüzəvi çay həm də günəş vannası qəbul etdikdən sonra yaranan qızarıqlığın da yox olmasına müsbət təsir edir.

Milli.Az axşam.az-a istinadən yaşıl çay maskanı təqdim edir.

İki çay qaşığı gil ilə dəmlənmiş və süzülmüş yaşıl çayı qarışdırın. Daha sonra məhlulu üzünüzə çəkib, 30 dəqiqə gözləyin. Quruduqdan sonra maskanı soyaraq üzünüzdən təmizləyin.

Milli.Az