Çoban özünü fermada asdı - Saatlıda

14 İyul 2023 16:43

Saatlıda 42 yaşlı çoban özünü asıb.

Milli.Az xəbər verir ki, hadisə Saatlı rayonunun Əhmədbəyli kəndində fermada baş verib. İmişli rayonunun Xəlfəli kənd sakini, 1981-ci il təvəllüdlü Novruzov İlqar Xanhüseyn oğlu özünü fermanın tavanından asaraq canına qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az