Bayden: Priqojin menyusuna diqqətlə baxsın

14 İyul 2023 14:31

ABŞ Prezidenti Co Bayden "Vaqner"in təsisçisi Yevgeni Priqojinə üsyan cəhdindən sonra yediyi yeməyə diqqət etməyə çağırıb.

Milli.Az Axar.az-a istinadən bildirir ki, Bayden bunu Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.

"Biz onun harada olduğunu belə bilmirik. Mən onun yerində olsaydım, nə yediyimə baxardım", - o bildirib.

ABŞ lideri sonra zarafat etdiyini qeyd edib:

"Zarafat bir yana, heç kim Priqojinin Rusiyada gələcəyinin necə olcağını dəqiq bilmir".

Milli.Az