Respublika stadionuna yeni direktor təyin olundu

13 İyul 2023 21:08

Tofiq Bəhramov adına Respublika stadionuna yeni direktor təyin olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı gənclər və idman naziri Fərid Qayıbov əmr imzalayıb.

Əmrə əsasən, Tələt Balakişi oğlu Məmmədov sözügedən vəzifəyə gətirilib.

Milli.Az