Ukrayna müharibə dövründə NATO-ya qoşulsa, dünya müharibəsinin başlanmasına səbəb ola bilər.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
"Heç kim müharibə dövründə NATO-ya qoşulmur. NATO ölkəsinə hücum Üçüncü Dünya Müharibəsində iştirak etmək anlamına gəlir. Məsələ onların NATO üzv olub-olmaması deyil, alyansa nə zaman qoşula biləcəkləridir", - deyə Ağ Ev rəhbəri bildirib.
Milli.Az