Muğla bölgəsində yenidən meşə yanğını başladı

13 İyul 2023 19:38

Türkiyənin Muğla bölgəsinin Ortaca rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, yanğınsöndürənlər havadan və qurudan müdaxilə ilə yanğını nəzarət altına almağa çalışırlar.

Bildirilir ki, yanğın Təpəarası məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən baş verib.

Muğla Meşə Region İdarəsi və xilasetmə qrupları bölgəyə sövq edilib.

Milli.Az