Ulduz futbolçu təcavüz olunduğunu açıqladı

13 İyul 2023 13:38

"Beşiktaş"da keçirdiyi uğursuz mövsümün ardından "Everton"a qayıdan Dele Alli İngiltərədə verdiyi açıqlamalarla gündəm olub. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "The Overlap" yutub kanalına müsahibə verən 27 yaşlı yarımmüdafiəçi narkotik vasitə və alkoqol düşkünlüyündən danışıb. O, cinsi təcavüzə məruz qaldığını, 7 yaşında siqaret çəkməyə başladığını vənizam-intizam qaydalarına öyrənmək üçün Afrikaya göndərildiyini açıqlayıb. Alli 12 yaşında övladlığa götürülüb.

"Narkotik vasitələr, alkoqol çox qəbul etmişəm. Günlük həyatımda da qəbul edirdim. Gerçəklərdən qaçmaq üçün bu addımı atırdım. 6 yaşımda ikən anamın dostu tərəfindən təcavüz olundum. Anam alkoqol düşkünü idi. 7 yaşımdan siqaret çəkməyə başladım. Afrikada narkotik vasitələr sataraq yaşamağa çalışırdım". 

Bu sözlərdən sonra həm Dele Alli, həm də aparıcı Qeri Nevil göz yaşlarını saxlaya bilməyib. 

Milli.Az