İnflyasiya birrəqəmli səviyyəyə düşə bilər - VİDEO

13 İyul 2023 14:08

İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər.

Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olmasının azruolunan olmadığını vurğulayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhsil şöbəsinin müdiri Günay Quliyeva  deyib ki,  inflyasiyanın aşağı düşməsi biznesin və investisiyanın inkişafına müsbət təsir göstərəcək, əhalinin gəlirlərini daha da artıracaq.

Günay Quliyeva bildirib ki, dövlət başçısının toxunduğu mövzulardan biri də manatın məzənnəsinin sabit qalması ilə bağlı idi. 2023-ci  ilin ilk yarımilində Mərkəzi Bankın valyuta ehtiyatlarının artması manatın sabitliyini dəstəkləyib. Bu da ümumilikdə makroiqtisadiyyatın əsas təminatçısına çevrilib.

Günay Quliyeva onu da vurğulayıb ki, ümumilikdə qlobal iqtisadiyyatın mənfi şoklarla mübarizə apardığı bir vaxtda Azərbaycan iqtisadiyyatında artım müşahidə olunur. Bu artım xüsusən qeyri-neft sənayesində 6,5 faizdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az