Son sutkada İranın 20 "Shahed" PUA-sı vurulub

13 İyul 2023 09:38

Rusiya ordusu son sutkada Ukrayna ərazisinə İran istehsalı olan 20 "Shahed" pilotsuz uçuş aparatı (PUA) və 2 "Kalibr" qanadlı raketi ilə hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrindən bildirilib.

PUA və raketlərin hamısı vurulub.

Milli.Az