Kristina Aqilera Antalyada konsert verəcək

13 İyul 2023 15:03

ABŞ-nin məşhur pop ulduzu Kristina Aqilera Türkiyədə ilk konsertini Antalyanın Belek şəhərində verəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dünya şöhrətli müğənni avqustun 8-də "Regnum Live in Concert" tədbirləri çərçivəsində "Regnum Carya Pearl Event Area"da pərəstişkarları ilə görüşəcək.

Qeyd edək ki, Aqilera 7 Qremmi mükafatına layiq görülüb. 1999-cu ildə musiqi karyerasına başlayan sənətçi indiyədək 9 alboma imza atıb.

Milli.Az