Leysana görə 115 min sakin təxliyə edildi

13 İyul 2023 08:34

Yaponiyanın mərkəzindəki Fukui prefekturasının 115 min sakini bölgəni bürüyən leysan səbəbindən yerli hakimiyyət orqanlarından təcili təxliyə əmri alıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Daşqın təhlükəsi, sürüşmə və çayların daşması səbəbindən prefektura sakinləri də ayıq-sayıq olmağa çağırılıb.

Meteoroloqların proqnozlarına görə, prefekturada güclü yağış iyulun 14-dək davam edə bilər.

Milli.Az