Ruslar Mariupolda evlərə basqın edir - SƏBƏB

12 İyul 2023 22:30

Rus işğalçılar Donetsk vilayətinin Mariupol şəhərində qondarma əks-kəşfiyyat tədbirlərini gücləndiriblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının axşam hesabatında bildirilib.

"İşğalçılar yerli sakinlərin evlərinə və mənzillərinə kütləvi basqınlar edir, şəxsi sənədlərini və mobil cihazlarını yoxlayırlar", - məlumatda qeyd olunub.

Baş Qərargah qeyd edib ki, ruslar yerli əhalini qorxutmağa və Ukrayna Müdafiə Qüvvələrinə kömək edənləri müəyyən etməyə çalışır.

Milli.Az