Necati Şaşmaz uzun müddət sonra belə görüntüləndi - FOTO

12 İyul 2023 19:49

Ötən il açıqlamasında "Kurtlar vadisi"nin efirə geri dönəcəyini deyən aktyor Necati Şaşmaz Həcc ziyarətinə yollanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şaşmazın ziyarətdən fotolarıı sosial şəbəkədə paylaşılıb. Uzun müddətdir gündəmdən uzaq həyat yaşayan "Kurtlar vadisi"nin Polad Alemdarı iyunun sonunda səfərə yollanıb. 

Qeyd edək ki, Necati sonuncu dəfə 2017-ci ildə sözügedən serialda rol alıb. O, serialın uzun fasilədən sonra bu il efirə qayıdacağını bildirib.

Milli.Az