Makron zavallı, çirkin əclafdır - Solovyov

13 İyul 2023 04:24

Makron sonuncu əclafdır. Yazıq, çirkin, əclaf. Ümid edirəm ki, indi heç kimin buna zərrə qədər şübhəsi qalmadı. Makron Petenin əsl varisidir. Kazakların Yelisey çöllərinə qayıtmasının vaxtıdır.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı aparıcı Vladimir Solovyov Fransa Prezidenti Emmanuel Makron haqda Teleqram kanalında yazıb.

Qeyd edək ki, Fransanın Ukraynanı uzaqmənzilli raketlərlə təmin etmək qərarı Rusiyanı hiddətləndirib.

Milli.Az