Britaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib

12 İyul 2023 17:20

Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi elan edib.

Milli.Az "report"a istinadən bildirir ki, 65 milyon dollarlıq yeni hərbi yardım paketinə "Challenger 2" tankları üçün minlərlə sursat, 70-dən çox döyüş maşını və nəqliyyat vasitələri daxildir.

Yeni hərbi yardım paketi, həmçinin avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılmasını nəzərdə tutur.

Milli.Az