Rusiyanın Ukraynadakı itkilərinin sayı 235 mini keçib

12 İyul 2023 13:08

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 235 530 hərbçisi məhv edilib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusunun digər döyüş itkiləri 4 090 tank, 7 990 zirehli maşın, operativ-taktiki 3 726 PUA, 4 402 artilleriya sistemi, 415 hava hücumundan müdafiə sistemi, 674 reaktiv yaylım atəş sistemi, 315 təyyarə, 310 helikopter, 6 978 avtomobil və tanker, 647 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Milli.Az