Milyarderlə sevgili oldu - FOTO

12 İyul 2023 13:19

K-pop qrupu "Blackpink"in solisti Lisanın "TAG Heuer"in icraçı direktoru, milyarder Frederik Arnonla münasibətdə olduğu iddia edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük Parisdə restoranların birində şam yeməyi zamanı görüntülənib.

Qeyd edək ki, 26 yaşlı Lisa daha əvvəl "BTS"nin üzvlərindən olan Can Con-quk, "NCT" qrupu lideri Teyon və aktyor Park Bo-qum ilə münasibətdə olub. 

28 yaşlı Frederik isə "LVMH"in rəhbəri Bernard Arnaultun üçüncü oğludur. Son hesablamalara görə, Bernardın sərvəti 211 milyard dollar təşkil edir.

Milli.Az