Türkiyənin Samsun şəhərində məscidi su basdı

12 İyul 2023 14:58

Türkiyənin Samsun şəhərində leysan nəticəsində sel və daşqınlar olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Musta Mərkəz məscidi, bir çox ev və iş yerləri su ilə dolub, bəzi yerlərdə sürüşmə baş verib.

Bələdiyyə işçiləri ərazilərdə işə başlayıb.

Milli.Az