İndi də NATO-nun nizamnaməsini yandırmaq istəyir - Əvvəl Quranı yandırmışdı

12 İyul 2023 07:47

Quranı yandıraraq aksiya keçirən 29 yaşlı İsveç vətəndaşı Lukas yenidən gündəmə gəlib.  

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, indi də NATO-nun nizamnaməsini yandırmaq niyyətindədir.

Lukasın sözlərinə görə, aksiya iyulun 12-nə təyin edilib.

O bildirib ki, Türkiyənin Şimali Atlantika Alyansına qoşulmaq üçün İsveçin müraciətini ratifikasiya etməyə razılıq verməsindən sonra bu qərara gəlib.

Milli.Az