Zelenski Vilnüsdə kimlərlə görüşəcək?

12 İyul 2023 07:20

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün NATO-nun Vilnüs sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Zelenski özü məlumat verib.

Zelenski bildirib ki, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Niderland, Yaponiya və digər tərəfdaşlarla ikitərəfli görüşlər planlaşdırılır.

"Ukrayna-NATO Şurasının ilk təsis iclası da planlaşdırılır", - dövlət başçısı vurğulayıb.

Milli.Az