Bir yaşlı uşağı beşinci mərtəbədən atdı

11 İyul 2023 23:15

Rusiyada kişi anası yatarkən bir yaşlı uşağı beşinci mərtəbənin pəncərəsindən atıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Yekaterinburqda baş verib. Xəsarət alan uşaq xəstəxanaya çatdırılıb.

Yataqxana sakinləri bildiriblər ki, azyaşlını anasının otaq yoldaşı pəncərədən atıb. Qonşuların sözlərinə görə, ananın himayəsində bir neçə uşaq olub.

Araşdırma aparılır.

Milli.Az