Bakı aeroportunda Hüseyn Həsənov İZDİHAMI - VİDEO

11 İyul 2023 18:37

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov Azərbaycanla bağlı paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bir neçə həftə dostları ilə birlikdə Qazaxıstanda "həm ziyarət, həm ticarət" edən Hüseyn Bakıya gəlib. 

Həsənov Heydər Əliyev Beynəlxalq Hava Limanına enər-enməz pərəstişkarlarının izdihamı ilə qarşılaşıb. 

Yaxın dostları ilə görüşdükdən sonra bloqerin fanatları onun başına dövrə vurub. 

Onlar Həsənova bir-bir yaxınlaşaraq foto çəkdirmək üçün növbəyə düzülüblər. Sevənləri ilə xoş ünsiyyət quran Hüseyn onlarla çoxsaylı şəkillər çəkdirib. 

Milli.Az