Tanınmış şəxs haqda ŞOK FAKTLAR: Arvadının başqa kişilərlə münasibətinə göz yumurdu - FOTOlar

11 İyul 2023 23:00

1894-cü ildə Rusiyanın Kazan şəhərində Qala Dali - uzun illər Salvador Dalinin həyat yoldaşı və ilham pərisi olmuş, ərinin sayəsində adı incəsənət tarixinə yazılmış qadın dünyaya göz açıb.

Dalinin həddindən artıq sevdiyi bu qadın onun üçün eyni vaxtda həm ana, həm məşuqə, həm də dost idi. Dalinin özü isə onun həyatındakı heç də yeganə kişi olmayıb.

Milli.Az hər zaman istədiyinə nail olan, rəssamı bütün şıltaqlıqlarına göz yummağa vadar edən maraqlı personaj - Qala Dali haqda yazını oxuculara təqdim edir:

1. Salvador Dali və Qala.

Əsl adı Yelena Dyakonova olan Qala vərəm xəstəliyinə tutularaq, 1912-ci ildə müalicə üçün Rusiyadan İsveçrə sanatoriyasına göndərilib və burada fransız şairi Ejen Qrendellə tanış olub. Qrendel Qala ("bayram", "şənlik") adlandırdığı bu qıza bəslədiyi sevgidən başını itirərək, valideynlərinin bu nikahı mezalyans hesab etmələrinə rəğmən, onunla evlənmək qərarına gəlib. Şair sevgilisinə şeirlər həsr etmiş və onun məsləhəti ilə Pol Elüar ləqəbi ilə dərc etdirmişdi.

2. Yelena Dyakonova - Qala Dali.

2. Yelena Dyakonova - Qala Dali.

"Mən yüngül əxlaqlı bir qadın kimi işıq və ətir saçacam, qulluq görmüş əllərim və manikürlu dırnaqlarım olacaq" söyləyən Qala Fransadakı gələcəyini özü üçün artıq o zamanlardan müəyyənləşdirmişdi. Müasirlərinin söylədiyinə görə, hətta gənc ikən o qədər də gözəl olmasa belə, Qala özündən və cazibəsindən sarsılmaz arxayınlığı sayəsində cəmiyyətə təsir bağışlamağı bacarırdı. O, əyninə dəbli paltarlar geyinib, çantasına bir dəst kart qoyaraq, cəmiyyətə çıxıb, özünü medium elan edir və gələcəkdən xəbər verməyə başlayırdı. Kişilər onu "füsunkar slavyan qızı" adlandırır və ona sanki tilsimlənmiş kimi reaksiya verirdilər.

4. Qala və Pol Elüar.

Özündən 11 yaş kiçik Salvador Dali ilə tanış olanda, 36 yaşı var idi. Rəssam qadınlarla münasibətlərdən dəhşətli dərəcədə çəkinirdi və o zamana qədər heç vaxt intim əlaqədə olmamışdı. O, "dühamın iblisi" adlandırdığı Qalanın onda o zamana qədər yaşamadığı hissləri oyatmaqla yanaşı, yaradıcılıq bacarıqlarını da qızışdırdığını etiraf etmişdi.

Qala rəssam üçün təkcə ilham pərisi deyil, həm də onun meneceri, Dali "brend"inin banisi olub. O, nüfuzlu və imkanlı tanışlarına ərinin yaradıcılığını maliyyələşdirmələrini təklif edirdi. Artıq varlığını ilham pərisindən ayrı təsəvvür belə etməyən rəssam əsərlərini "Qala-Salvador-Dali" kimi imzalayırdı, Qala isə ona tez-tez "Tezliklə siz mənim istədiyim birisi olacaqsınız, balam" söyləyirdi.

5. Salvador Dali, Qala, Pol və Nuş Elüar, 1931.

6. Qala və Salvador Dali.

7. Rəssam və onun ilham pərisi.

Mətbuatda Dali və sürrealistlərin "Qala-Fəlakət" adlandırdıqları qadın barəsindəki fikirlər birmənalı deyildi: "Aciz və həssas rəssam qaba və mənfəətgüdən bir yırtıcının tilsiminə uğrayıb". Ona "tamahkar valkiriya" və "acgöz rus fahişəsi" deyirdilər.

Qala hər zaman istədiyi kimi kef-səfa sürüb, əylənib və əri buna tamamilə rahat yanaşıb: "Mən ona ürəyi istədiyi qədər oynaşının olmasına icazə verirəm və hətta onu təqdir edirəm, çünki bu, məni coşdurur". "Təəssüflər olsun ki, eyni vaxtda beş kişi ilə sevişə bilmirəm", söyləyən Qalanın isə yaşlandıqca, daha gənc yaşlı oynaşlarının sayı artırdı.

8. Rəssam Salvador Dali. Solda - "Atom Ledası". Sağda - "Mənim çılpaq arvadım öz bədənini seyr edir".

9. Rəssam Salvador Dali. "Çiynində iki quzu qabırğasının yırğalandığı Qalanın portreti".

10. Rəssam və onun ilham pərisi.

Deyilənə görə, Qala oynaşlarına bahalı hədiyyələr, maşınlar və evlər hədiyyə edirdi. Çoxsaylı oynaşlarından biri - Qalanın narkotik asılılığından qurtulmağa yardım etdiyi 22 yaşlı Uilyam Rotleyn həqiqətən də ona aşiq olsa da, Fellininin yanında aktyorluq sınağından keçmədikdə, Qalanın ona qarşı ehtirası söndü. Uilyam isə, çox keçmədən, yüksək dozada narkotik qəbulu nəticəsində dünyasını dəyişdi. Qalanın "İsa Məsih superulduzdur" rok-operasının əsas qəhramanı rolunu ifa etmiş müğənni Ceff Fenholta 1,25 milyon dollar dəyərində ev və Dalinin bir sıra əsərlərini hədiyyə etdiyinə rəğmən, ifaçı onunla əlaqəsini inkar edirdi.

11. Salvador Dali, 1959.

12. Salvador Dali, 1959.

13. Yelena Dyakonova - Qala Dali.

Yaşlandığını hiss edən Qala Dalidən onun üçün Pubolada orta əsrlərə aid bir ev almasını xahiş etmiş və orada əsl eyş-işrət məclisləri təşkil edirdi. Əri isə oraya yalnız xüsusi yazılı dəvətlə gələ bilərdi. Arvadının hətta bu arzusu belə rəssamın ürəyincə idi: "Bu şərt mənim mazoxist (təhqirdən, alçalmadan, zorakılıqdan həzz alma) meyllərimə zövq verdi. Qala həmişə olduğu kimi, əlçatmaz bir qalaya çevrildi. İfrat yaxınlıq və təklifsizlik istənilən ehtirası söndürməyə qadirdir. Hisslərin cilovlanması və məsafə isə ehtirası gücləndirir".

14. Qala və Salvador Dali.

1982-ci ildə ehtiyatsızlıq üzündən yıxılan Qalanın omba sümüyünün boyuncuğu sınmışdı. Səhhəti çox zəiflədi, ömrünün son günlərini xətəxanada iztirablar içində keçirdi və çox keçmədən vəfat etdi. Dali onu "kadillak" markalı avtomobilin arxa oturacağına yerləşdirib, Puboladakı ailə sərdabələrinə apardı. Rəssamın ilham pərisini itirdikdən sonra yaşadığı 7 illik ömrü həyat yox, üzücü məhvolma və getdikcə şiddətlənən dəlilik idi.

Salvador Dali cəmiyyət arasına başqa qadınlarla çıxdığına baxmayaraq, ömrünün sonuna qədər ilham pərisini dəlicəsinə sevdi. 

Zaur Həsənəliyev
Milli.Az