Elvindən oğlu ilə bağlı paylaşım - FOTO

11 İyul 2023 16:53

Müğənni Elvin Abdullayev oğlu Səidlə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi övladının ad günü olduğunu vurğulayıb. 

"Yaraşıqlı oğlum, doğum günün mübarək. Səni çox sevirik. Allah şansını həmişə açıq etsin, inşallah. Ad günün mübarək, Səid" deyə, Elvin paylaşımında yazıb.

O, Səidin 5 yaşı tamam olduğunu əlavə edib. 

Qeyd edək ki, Elvin Afət Abdullayeva adlı xanımla ailəlidir. Cütlüyün iki oğul övladı var. 

Milli.Az