Dənizdə boğularaq ölən 26 yaşlı Mərhəmətin ÜRƏKDAĞLAYAN FOTOSU

10 İyul 2023 14:52

İyulun 8-i axşam saatlarında Bakıda daha bir nəfər dənizdə boğularaq ölüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Cavad kənd sakini, 1997-ci il təvəllüdlü Məmmədov Mərhəmət Ülfət oğlu çimərlikdə suda boğulub.

Mərhəmət Məmmədovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az