Aparıcı gözünü yumdu, ağzını açdı: "Allah bəlanızı versin..."

11 İyul 2023 07:33

Aparıcı Elgiz Əkbər sosial şəbəkədə yazılan tənqidlərdən gileylənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı sosial şəbəkədə bir çoxlarının yardım istədiyini, amma dələduz olduqlarını vurğulayıb:

"Nə şəkil paylaşa bilirik, nə video qoyuruq. Başlayırlar nələr yazmağa, uşağını qoyurlar. Çoxunu araşdıranda görürsən ki, uşağı xəstə deyil. Tanınmışların səhifələrinə çöküblər. Cavab da verməyəndə daha irəli gedirlər: Allah bəlanızı versin. Allah bəlanı da versin... Danışıram, sonra peşman oluram. Mən sizin dələduz olmadığınızı haradan bilim? Ancaq girib yazırsınız". 

Milli.Az