15 yaşlı oğlan suda boğuldu

10 İyul 2023 09:37

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az