Ərdoğan: F-16 tələbimizi bununla əlaqələndirmək düz deyil!

10 İyul 2023 07:07

Türkiyənin F-16 tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı deyib.

Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.

Milli.Az