Ukrayna tank istehsalını artırır

9 İyul 2023 21:18

Ukrayna yaxın aylarda tank və digər növ zirehli texnikanın istehsalını artırmaq niyyətindədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışinə istinadən məlumat yayıb.

Kamışin zirehli texnika istehsalının artırılmasını Ukrayna müdafiə sənayesi üçün növbəti üç-altı ay üçün növbəti prioritet hesab edir.

Onun sözlərinə görə, 2023-cü ilin iyun ayında Ukrayna bütün 2022-ci illə müqayisədə daha çox minaatan və artilleriya mərmisi istehsal edib.

Milli.Az