Nigar anasının səhhətindən yazdı - FOTO

9 İyul 2023 20:30

Əməkdar artist Nigar Şabanova uzun müddətdir səhhətində problem olan anası ilə bağlı paylaşım edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, yerimə çətinliyi olan anasının sağaldığını vurğulayıb. 

"Anam artıq əsasını atdı. Bundan sonra mübarizəmiz sərbəst gəzməkdir. Bu da həkimlərin sayəsində" deyə, Nigar paylaşımında yazıb.

Qeyd edək ki, xanəndənin anasının 2021-ci ildə səhhətində problem yaranmış, komaya düşmüşdü.

Milli.Az