İŞİD terror təşkilatının lideri Usamə Əl Mühacir öldürülüb

9 İyul 2023 18:48

İŞİD terror təşkilatının lideri Usamə Əl Mühacir öldürülüb.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, İŞİD lideri iyulun 7-də Suriyanın şərqində zərərsizləşdirilib. Aviazərbə zamanı mülki şəxslərin zərər çəkmədiyi də qeyd olunub.

Milli.Az