25 il əvvəl Türkiyəni "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Şebnem Paker illər sonra gündəmə gəlib - FOTO

10 İyul 2023 06:27

25 il əvvəl Türkiyəni "Avroviziya" mahnı müsabiqəsində təmsil edən Şebnem Paker illər sonra gündəmə gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, Şebnem 1997-ci ildə "Dinle" mahnısı ilə müsabiqəyə qatılıb. Yarışmadan sonra gündəmdən tamamilə uzaqlaşan ifaçı müəllimlik etməyə başlayıb.

O, 25 ildən sonra yenidən musiqi sənətinə dönəcəyini açıqlayıb. Paker ötən aylarda "Dünəndən bu günə "Avroviziya" adlı konsertdə səhnəyə çıxıb. 45 yaşlı ifaçı ailə qurduğunu və iki övladı olduğunu bildirib.

Milli.Az