Saakaşviliyə telefonla danışmaq qadağan edildi

10 İyul 2023 02:14

Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun keçmniş vəkili Şalva Xaçapuridze məlumat verib.

"Onun yanına yalnız anasını buraxırlar. Saakaşvili xəstəxananın verdiyi yeməklərdən imtina edib, ona yeməyi yalnız anası gətirir", - vəkil bildirib.

Onun sözlərinə görə, Saakaşivilinin yanına hətta onun partiyasının üzvlərini, deputatları belə buraxmırlar.

Milli.Az