Bakıda ruhi xəstə 80 yaşlı qocanın ölümünə səbəb oldu

17 May 2010 15:13
Milli.Az xəbər portalının Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda baş verib.

Belə ki, mənzildə bağlı qapı arxasında qalanların köməyə ehtiyacı olması barədə məlumat daxil olduqdan sonra, hadisə yerinə xilasedicilər cəlb olunub.
Məlum olub ki, ruhi xəstə olan bir nəfər giriş qapısını içəridən qəsdən bağlayaraq köməyə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarını və həkimləri mənzilə buraxmır.

Əvvəlcə xilasedicilər vətəndaşla psixoloji söhbət aparsa da, xəstə qapını açmağa razı olmayıb. Bundan sonra xilasedicilər ikimərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən həmin mənzilə bayır tərəfdən qalxaraq pəncərədən daxil olublar.

Mənzilə baxış keçirilən zaman ruhi xəstə gərgin psixoloji vəziyyətdə, 80 yaşlı Vera Bacarova isə hərəkətsiz vəziyyətdə aşkarlanıb. İlkin müayinə nəticəsində V.Bacarovanın vəfat etdiyi müəyyən olunub. Ruhi xəstə xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Milli.Az