Müharibə 2024-cü ildə qələbə ilə başa çatacaq - Marçenko

9 İyul 2023 16:21

Ukrayna gələn il də tərəfdaşlarından dəstək istəyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Serhi Marçenko deyib.

"Ümid var ki, müharibə 2024-cü ildə qələbə ilə başa çatacaq. Ancaq bunun baş verəcəyini əminliklə deyə bilmərəm, çünki hərbi büdcəyə rəqəmlər verməliyəm. İndi 2023-cü il əsasında büdcənin formalaşdırılmasını nəzərdə tutan ssenari hazırlayacağıq. Nə sosial, nə də hərbi büdcənin azaldılması üçün heç bir əsas yoxdur. Biz israr edirik ki, dəstək bu ildən az olmamalıdır", - nazir qeyd edib.

Milli.Az