Dehlidə son 20 ilin ən intensiv yağışı yağıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər həlak olub, 15 bina dağılıb.
Telekanalın məlumatına görə, güclü yağış nəticəsində Dehlinin ən mühüm iş və ticarət bölgələrindən biri olan "Connaught Place" su altında qalıb.
Həmçinin iyunun sonunda Hindistanda 500 minə yaxın insan daşqından zərər çəkib.
Milli.Az