Bu ölkədə güclü zəlzələ olub

9 İyul 2023 14:42

Tayvanın Hençun şəhəri yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 31 min 200 insanın yaşadığı şəhərdən 77 kilometr şərqdə yerləşib.

Zəlzələ ocağı yerin altı kilometr dərinliyində yerləşib.

Milli.Az