Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub

9 İyul 2023 09:32

Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Sabirabad" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Milli.Az