Ölkəyə gətirilən avtomobillərin sayı 34,7 faiz azalıb
17 May 2010 15:09
İdxalda azalma işlənmiş avtomobillərin iki dəfə azalması hesabına olub. İlin əvvəlindən fiziki şəxslər ölkəyə 6,5 min istifadədə olmuş maşın gətirib. 2009-cu ilin eyni dövründə bu rəqəm 14,9 min idi. Rəsmi distribütorlar və dilerlər ilin əvvəlindən 7669 ədəd minik avtomobili gətiriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Beləliklə, bu ilin yanvar-aprel aylarında cəmi 117,2 milyon dollar qiymətində 14 273 ədəd avtomobil idxal edilib. Pul ifadəsində idxal 17,5 faiz azalıb. Yeni avtomobillər orta hesabla 9,1 min dollara, işlənmişlər 7,1 min dollara bəyan edilib.