Uşağın qulağını deşdilər, atası ondan bərk qışqırdı - VİDEO

8 İyul 2023 09:34

Qızına ilk sırğasını taxdırmaq istəyən ata ilə bağlı video sosial şəbəkələrdə virus kimi yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlarda uşağın qulağı deşiləndə atanın körpədən bərk ağladığı görünür. Həkimlər də balacanı buraxıb onu sakitləşdirməli olurlar.

Görüntülər izləyənləri həm güldürüb, həm də duyğulu anlar yaşadıb. İstifadəçilər qızın belə qəlbiyumşaq atası olduğu üçün bəxtinin gətirdiyini vurğulayıblar.

Milli.Az