Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək göstərdiyi üçün Türkiyəyə minnətdaram - Zelenski

8 İyul 2023 08:06

Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək göstərdiyi üçün Türkiyəyə minnətdaram.

Milli.Az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə keçirilən mətbuat konfransı zamanı bildirib.

"Qara dəniz taxıl dəhlizi müqaviləsi və Ukraynanın taxıl təşəbbüsünə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm", - deyə prezident əlavə edib.

O, həmçinin sülh planını həyata keçirmək istədiklərini və Türkiyənin bu məsələdə liderliyi öz üzərinə götürməyə hazır olduğunu bildirib.

Milli.Az