Putinin Türkiyə səfəri planlaşdırılır - Ərdoğan

8 İyul 2023 07:54

Rusiya prezidentinin Vladimir Putinin gələn ay Türkiyə səfəri planlaşdırılır.

Milli.Az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ukrayna-Rusiya müharibəsi zamanı ələ keçirilən əsirlərin qarşılıqlı mübadiləsi ilə bağlı danışıqlar aparılır. Gələn ay Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək," - deyə o qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən Türkiyəyə rəsmi səfər edib.

Milli.Az