Türkiyə Ukrayna-Rusiya müharibəsinin başa çatması üçün əlindən gələni edəcək - Ərdoğan

8 İyul 2023 07:40

Türkiyə Ukrayna-Rusiya müharibəsinin başa çatması üçün əlindən gələni edəcək.

Milli.Az-ın TurkicWorld-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynalı həmkarı ilə birgə etdiyi mətbuat konfransında qeyd edib.

"Ukraynadakı Krım tatarlarının haqlarının müdafiə etdiyi üçün Volodimir Zelenskiyə təşəkkür edirik" - deyə Ərdoğan bildirib.

Məlumat üçün qeyd edək ki, Volodimr Zelenski dünən Türkiyə prezidenti ilə görüşmək üçün Türkiyəyə rəsmi səfər edib.

Milli.Az